Yaşıl enerjinin "qızılı" hərflərlə yazılan günü

AZƏRBAYCAN

image

Bu gün Azərbaycanın enerji tarixində əlamətdar və dünya enerji gündəmində olduğumuz günlərdən biridir.
BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində, 2022-ci ilin martında təməli qoyulan və bu ilin mayında ilk paneli quraşdırılan ☀ "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) açılışı ölkə başçısının iştirakı ilə baş tutdu. Qaradağ GES regionun ən böyük və Azərbaycanın ilk özəl investisiya hesabına inşa edilən günəş elektrik stansiyasıdır.

Qaradağ GES:
💵 262 milyon dollar xarici investisiya;
⚡ illik 500 milyon kVt-saat yaşıl enerji;
🏭 110 milyon kub metr təbii qaza qənaət;
🌱 illik 200 min ton karbon emissiyasının azalması;
🏡 110 min evin elektrik enerjisi təminatı.

Bu, aşağı karbonlu keçidə, məşğulluğa, iqlim hədəflərinə və ümumi elektrik enerjisinin qoyuluş gücündə ♻ bərpa olunan enerji mənbələri payının 30 %-ə çatdırılması hədəflərinə mühüm töhfədir.
🤝 Azərbaycanın əsas enerji investorlarından biri olan "Masdar"la 2022-ci ildə 4 QVt gücündə “Meqa” layihələrlə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsində gücü 1 QVt olan yeni layihələr üzrə İnvestisiya müqavilələri imzalandı. Bu çərçivədə ümumi gücü 1000 MVt olan yaşıl enerji layihələrinin – Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda 445 MVt-lıq günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyasının inşası nəzərdə tutulur.

Ölkəmiz adına uğurlu və davamlı olsun!

Cavid Babayev



OXŞAR XƏBƏRLƏR