Bakıda “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, bu, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin/Rəhbər Komitənin qeyri-rəsmi görüşündə baş tutub. Görüşdə Avropa İttifaqının (Aİ) enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen də iştirak edib. Həmçinin tərəflər Bolqarıstanın bu layihəyə qoşulması, dəhlizin fiber-optik komponenti və Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi məqsədilə müvafiq müraciətin hazırlanması istiqamətində irəliləyişlər nəzərdən keçiriblər.
An Informal Steering Committee/Ministerial Meeting on the establishment of the "Green Energy" corridor between Azerbaijan, Georgia, Romania, and Hungary was held in Baku, with the participation of European Union (EU) Commissioner for Energy and Housing @DanJoergensen. Progress on… pic.twitter.com/LArhMC7FL5
— Parviz Shahbazov (@ParvizShahbazov) April 4, 2025