Ölkə üzrə günəş enerjisi istehsalının 92 faizi Naxçıvandakı GES-lərdən olub
GÜNƏŞ
-
14.02.2023 13:00 (UTC+04:00)
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanda günəş enerjisi istehsalı 3,93 mln. kVt-saat təşkil edib.
"Renewables.az" xəbər verir ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 3,63 mln. kVt-saat təşkil edib.
Qeyd edək ki, Azərbaycanın GES-lərində istehsal olunan elektrik enerjisinin 92 faizindən çoxu Naxçıvandakı stansiyaların payına düşüb.