Azad edilmiş ərazilərdəki binalarda 9 MVt-dan artıq gücdə günəş panelləri quraşdırılıb

20 Oktyabr 2026, 11:45 (UTC+4)
ÖLKƏ • GÜNƏŞ • YAŞIL ENERJİ ZONASI
EDITOR
image

Azad edilmiş ərazilərdə 3 mindən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 9 MVt-dan artıq günəş panelləri, 8500-dən çox LED işıqlandırma qurğusu quraşdırılıb.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Bildirilib ki, işıqlandırma sistemlərinin təxminən 3 500-ü günəş enerjisi ilə işləyən hibrid qurğulardır. Eyni zamanda enerji səmərəli binalar, “ağıllı idarəetmə sistemləri”, günəş enerjisi ilə işləyən dayanacaqlar və elektrik nəqliyyatı üçün enerji doldurma infrastrukturu inkişaf etdirilir. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun enerji səmərəliliyi və “yaşıl texnologiyalar”ın tətbiqi baxımından nümunəvi bölgəyə çevrilməsinə xidmət edir.