Şərur günəş elektrik stansiyasında illik 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək
GÜNƏŞ
-
06.05.2022 02:09 (UTC+04:00)
Şərur rayonunun Zeyvə kəndində Günəş Elektrik Stansiyasının tikintisi üçün 35 hektar əkinə yararsız torpaq sahəsi ayrılıb. Ayrılan 15 hektar ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, stansiyanın layihə gücü 8 meqavata çatdırıldığı üçün il ərzində 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.