2021-ci ildə Azərbaycanda günəş enerjisi istehsalı 55,2 qiqavat-saat olub

7 avqust 2022, 14:03 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
Ötən il Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 1 305 meqavat təşkil edib. "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, keçən il Azərbaycanda günəş enerjisi istehsalı üzrə göstərici 55,2 qiqavat-saat olub. Hazırda “Masdar” şirkəti ilə 230 meqavat və bp şirkəti ilə işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək 240 meqavat gücündə günəş elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.