Rusiyada ötən il 677 MVt bərpa olunan enerji gücü istismara verilib

REGİON

image

2025-ci ildə Rusiyada istismara verilən bərpa olunan enerji gücünün həcmi 677,58 MVt təşkil edib. Bu göstərici 2024-cü ildə 445,4 MVt olub. Məlumat Rusiyanın Bərpa Olunan Enerjinin İnkişafı Assosiasiyasının hazırladığı icmalda yer alıb.

Məlumata görə, yeni stansiyaların əksəriyyəti 2025-ci ilin dördüncü rübündə istifadəyə verilib. Layihələrə Krasnodar vilayətində yerləşən "Severskaya" Günəş Elektrik Stansiyası (GES), Çeçenistan Respublikasındakı "Kurçaloyevskaya" GES və Dağıstan Respublikasındakı "Derbentskaya" GES daxildir. Bundan əlavə, Samara vilayətində "Qrajdanskaya" Külək Elektrik Stansiyası (KES), Volqoqrad vilayətində "Novoalekseyevskaya" KES və Dağıstan Respublikasında "Novolakskaya" KES fəaliyyətə başlayıb.

İcmalda qeyd olunur ki, 2025-ci ilin dördüncü rübündə Rusiyada bərpa olunan enerji mənbələri əsasında quraşdırılmış ümumi güc 542,65 MVt artıb.



OXŞAR XƏBƏRLƏR