Metsamor AES-in baş direktoru: Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirməyi planlaşdırırıq

16 Oktyabr 2026, 15:35 (UTC+4)
REGİON • NÜVƏ ENERJİSİ
EDITOR
image
Foto: ROSCONGRESS

Ermənistan perspektivdə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bu barədə Metsamor Atom Elektrik Stansiyasının (AES) baş direktoru Eduard Martirosyan Moskvada keçirilən 9-cu "Rusiya Enerji Həftəsi" forumunda çıxış edərkən bildirib.

"Ermənistan qonşu ölkələr - İran və Gürcüstanla, perspektivdə isə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir", - Ermənistan mediası onun sözlərini sitat gətirir.

Direktor qeyd edib ki, atom energetikası Ermənistan üçün strateji əhəmiyyət kəsb edir və ölkə Metsamor AES-in istismar müddətinin uzadılması üçün səylərini davam etdirmək niyyətindədir.

"Biz stansiyanın istismar müddətini uzatdıq və düşünürəm ki, bu iş yaxın bir neçə ildə də davam edəcək", - Martirosyan deyib.