Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin hazırlanmasına 1 milyon ABŞ dolları ayırır.
Renewables.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə Qrant Sazişi imzalanıb.
Sənədi Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.