Avstriyanın ən böyük günəş elektrik stansiyası Vyana aeroportunda inşa edilir
GÜNƏŞ
-
26.12.2021 13:31 (UTC+04:00)
Avstriyanın Vyana Beynəlxalq Hava Limanı elektrik enerjisinin 30 %-ni ölkənin yeni inşa ediləcək Günəş Elektrik Stansiyasından (GES) qarşılayacaq.
“Berpaolunanenerji.az”ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, GES 24 hektar ərazidə, 50 mindən çox paneldən ibarət olacaq.
2022-ci ilin yazında istifadəyə veriləcək GES illik təxminən 30 milyon kilovat-saat günəş enerjisi istehsal edəcək.
İstehsal ediləcək enerji illik 7 min evin və Vyana aeroportunun illik elektrik ehtiyacının 30 %-nə bərabər olacaq.