“Azərbaycanın energetikası” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub

29 avqust 2026, 11:35 (UTC+4)
ÖLKƏ
EDITOR
image
© Dövlət Statistika Komitəsi

Dövlət Statistika Komitəsi “Azərbaycanın energetikası” statistik məcmuəsinin növbəti buraxılışını nəşr edib.

Renewables.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məcmuədə 2021–2025-ci illər üzrə ölkənin enerji balansı, energetika müəssisələrinin fəaliyyətinin əsas göstəriciləri, enerji istehlakı və elektrik enerjisinin ümumi enerji istehlakında payı, enerji tutumu, xam neft və təbii qaz hasilatı, müəssisələr tərəfindən atmosferə atılan çirkləndirici maddələr, eləcə də energetika statistikasına dair digər məlumatlar təqdim olunur.

Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış olmaq mümkündür: Azərbaycanın energetikası

Renewables.az