Cəbrayıl Əliyev: Azad edilmiş ərazilərdə quraşdırılan LED işıqlandırma sistemlərinin 40 faizi günəş enerjisi ilə işləyən hibrid texnologiyaya əsaslanır

5 yanvar 2026, 17:04 (UTC+4)
ÖLKƏ YAŞIL ENERJİ ZONASI
EDITOR
image

İşğaldan azad olunmuş ərazilərdə yeni salınan küçələrdə və yollarda 7 mindən çox LED əsaslı işıqlandırma sistemi quraşdırılıb.

Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.

Onun sözlərinə görə, quraşdırılan sistemlərin 40 faizi günəş enerjisi ilə işləyən hibrid texnologiyaya əsaslanır.

C.Əliyev onu da bildirib ki, müasir şəhərsalma standartlarına uyğun olaraq yol və küçələrin işıqlandırılmasında LED sistemlərin tətbiqi prioritet hesab edilir.