Dünya Bankı Türkiyədə elektrik şəbəkəsinin müasirləşdirilməsi ilə bağlı layihənin maliyyələşdirilməsini təsdiqləyib

REGİON

image

Dünya Bankı Türkiyədə “Elektrik Enerjisinin Ötürülmə Sisteminin Transformasiyası” (TPTS) layihəsinin həyata keçirilməsi üçün iri maliyyə paketini təsdiqləyib.

Maliyyə paketi ölkənin milli elektrik şəbəkəsinə artan həcmdə bərpa olunan enerjisinin inteqrasiyasına, habelə Türkiyənin davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki hədəflərinə dəstək məqsədi daşıyır.

Layihənin ümumi maliyyələşdirmə həcmi 747,9 milyon ABŞ dollarını ötüb. Paketə aşağıdakılar daxildir:

625 milyon avro (təxminən 707,9 milyon ABŞ dolları) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYYB) krediti; 32,798 milyon avro (38 milyon ABŞ dolları) Təmiz Texnologiyalar Fondunun (CTF) krediti; həmçinin, CTF tərəfindən 2 milyon ABŞ dolları məbləğində qrant (geri qaytarılmayan əsaslarda).

Layihə Avropa və Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Miqyaslandırılması (ECARES) proqramının yeddinci mərhələsi çərçivəsində icra olunur və birbaşa Türkiyənin 2035-ci il üçün Bərpa Olunan Enerji Strategiyasını (RE 2035) dəstəkləyir. Bu strategiya 2035-ci ilə qədər 120 GVt külək və günəş enerjisi gücünün quraşdırılmasını, eləcə də, 2053-cü ilə qədər karbon neytrallığının təmin edilməsini nəzərdə tutur.

Bundan əlavə, SCADA/EMS idarəetmə sistemlərinin müasirləşdirilməsi və bərpa olunan enerjidən dəyişkən enerji axınlarının səmərəli idarə edilməsi üçün müasir rəqəmsal texnologiyaların tətbiqi hesabına enerji sisteminin rəqəmsallaşdırılması nəzərdə tutulur.



OXŞAR XƏBƏRLƏR