Dağıstanda regionun ilk böyük günəş elektrik stansiyasının açılışı olub

21 iyul 2022, 02:21 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
Dağıstan Respublikasında 15 MVt gücündə "Yujno-Suxokumskaya" Günəş Elektrik Stansiyasının (GES) açılışı olub. "Berpaolunanenerji.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Hevel" məlumat yayıb. Regionun ilk böyük GES-i 40 min günəş panelindən ibarətdir və 30 hektardan çox ərazini əhatə edir. GES-in elektrik enerjisi istehsalının proqnozlaşdırılan həcmi 20 milyon kVt-saat təşkil edəcək ki, bu da karbon qazı emissiyasını ildə 7 min ton azaldacaq. Layihəyə investisiyaların həcmi 27 milyon dollar (1,5 milyard rubl) təşkil edib. Layihənin tikintisi zamanı 60-a yaxın və 13 daimi iş yeri açılıb, yerli podratçılar da cəlb olunub. "Hevel" layihənin investoru və baş podratçısı kimi çıxış edib. Layihə Qazprombank tərəfindən maliyyələşdirilib və layihənin dəyərinin 80%-ni kredit şəklində təmin edib.

OXŞAR XƏBƏRLƏR