"ENERCON" Türkiyədə 50 milyon avro investisiya ilə külək qanadı istehsalı zavodu inşa edəcək

REGİON
KÜLƏK

image

Almaniyanın külək turbinləri istehsalçısı "ENERCON" yeni nəsil "E-175 EP5 E2" model külək turbini qanadlarının istehsalını Türkiyəyə köçürür. 

Renewables bu barədə Anadolu-ya istinadən xəbər verir.

Şirkət beynəlxalq genişlənmə strategiyası çərçivəsində İzmirin Bergama rayonunda 50 milyon avro investisiya ilə külək qanadı istehsalı zavodu quracaq. Müəssisədə təxminən 700 nəfər birbaşa işlə təmin olunması ilə məşğulluğun artacağı gözlənilir.

Zavodun ilkin mərhələdə ildə 150 külək qanadı dəsti istehsal gücünə malik olması planlaşdırılır. Müəssisənin 2026-cı ilin dördüncü rübündə fəaliyyətə başlaması gözlənilir.

İstehsal əsasən Türkiyə bazarına yönəldiləcək, gələcəkdə isə Şərqi və Cənubi Avropadakı layihələrə də təchizat təmin ediləcək.

Qeyd edək ki, "ENERCON"un Türkiyədə quraşdırdığı ümumi külək enerjisi gücü hazırda 4 GVt səviyyəsinə çatır.



OXŞAR XƏBƏRLƏR