Energetika Nazirliyində “Enerji səmərəliliyi, led lampalara keçid” mövzusunda brifinq keçirilib.
Brifinqdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması, led lampalara keçidin əhəmiyyəti, yaşıl enerji zonalarında led texnologiyalarının tətbiqi ilə bağlı məlumat verilib, mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.
