Gürcüstan və Rumıniya Qara dəniz sualtı kabel layihəsi üzrə anlaşma memorandumu imzalayıb

REGİON
YAŞIL ENERJİ DƏHLİZİ

image

Gürcüstan Dövlət Elektrik Enerjisi Sistemi və Rumıniyanın "Transelectrica S.A." şirkəti Qara dəniz sualtı kabel layihəsi üzrə Anlaşma Memorandumu imzalayıb.

Memorandum Buxarestdə keçirilən "Qara Dəniz Enerji Həftəsi" (Energy Week Black Sea 2026) beynəlxalq konfrans çərçivəsində imzalanıb.

İmzalanma mərasimindən əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladzе və Rumıniya Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nitulesku arasında görüşlər keçirilib. Tərəflər Qara dəniz sualtı kabel layihəsi ilə bağlı vəziyyəti və "Yaşıl enerji dəhlizi" layihəsi üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.



OXŞAR XƏBƏRLƏR