ABŞ-nin günəş texnologiyaları və mühəndislik şirkəti "ASTORIOS Holding Inc." Gürcüstanda "First Light" adlı 24 MVt gücündə sənaye təyinatlı günəş elektrik stansiyasının tikintisinə başlayıb.
Georgia Today-in xəbərinə görə, layihə "Rustavi Azot" ASC üçün həyata keçirilir.
Layihə Gürcüstanda yalnız daxili istehlak məqsədilə nəzərdə tutulmuş ilk və ən böyük sənaye miqyaslı günəş stansiyası olacaq.
29 hektar ərazini əhatə edən layihə çərçivəsində "ASTORIOS" istehsalı olan 34 min 424 ədəd "ASTR 132HCND/12" tipli, hər biri 695 Vt gücündə yüksək səmərəli fotovoltaik panellər quraşdırılacaq.
Stansiyada 100 ədəd "SUN2000-215KTL-Ho PV" invertoru quraşdırılacaq və dörd 6 000 kVt-lıq yarımstansiya istifadəyə veriləcək.
"First Light" günəş layihəsinin illik istehsalının 38 milyon kVts-dan çox olacağı gözlənilir.
