Çin mərkəzli "Dongfang Electric Corp." Türkiyədə külək turbinləri zavoduna təxminən 250 milyon ABŞ dolları həcmində sərmayə qoymağı planlaşdırır. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.
Nazir Bayraktar Ankarada nazirlikdə keçirilən görüşdə Çinin aparıcı külək enerjisi texnologiyaları şirkətlərindən biri olan Dongfang-ın yüksək vəzifəli rəhbərləri ilə planı müzakirə edib.
Onun sözlərinə görə, şirkət illik 2,000 meqavat istehsal gücünə malik külək turbinləri istehsalı zavodunun tikintisini nəzərdən keçirir.
Türkiyənin hədəfi isə 2035-ci ilə qədər quruda və günəşdə quraşdırılmış ümumi gücü 120,000 meqavata çatdırmaqla yanaşı, turbin və panel istehsalı üzrə yerli potensialı da artırmaqdır.
Rüzgâr enerjisi teknolojileri alanında Çin'in önde gelen üretici firmalarından Dongfang Electric Corporation’ın üst düzey yöneticileriyle Bakanlığımızda kapsamlı bir görüşme gerçekleştirdik.
— Alparslan Bayraktar (@aBayraktar1) September 30, 2025
Rüzgâr ve güneşte 2035 yılına kadar 120 bin megavat kurulu güce ulaşmayı hedefliyoruz.… pic.twitter.com/QvAuW48mQT