İlham Əliyev: Bizim planımız 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır

AZƏRBAYCAN

image

Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Biz neft satışı ilə başladıq, indi təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik və "yaşıl enerji" ixrac etməyi planlaşdırırıq", - Prezident bildirib və planları açıqlayıb:

"Portfelimizdə olan sərmayə sahələrindən biri də nəhəng Günəş və külək potensialına malik bərpaolunan enerji mənbələridir. Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək".



OXŞAR XƏBƏRLƏR