Naxçıvanda alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb.
Renewables.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 MVt-saat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artıb.
İstehsal olunan ümumi elektrik enerjisinin 59,7 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 228,8 MVt-saat (-27,9 %), su elektrik stansiyalarında 175 507,1 MVt-saat (+65,9 %), günəş və külək elektrik stansiyalarında isə 39 397,5 MVt-saat (-8 %) olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6 % artıb.