Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Su elektrik stansiyaları atmosferə istixana effekti yaradan qazlar atmadığından ekoloji cəhətdən təmiz enerji istehsalı müəssisəsi hesab olunur.
Qeyd edək ki, "Taxtakörpü" SES 13 il öncə - 2013-cü il sentyabrın 28-də istismara verilib. Stansiya ümumi gücü 25 MVt olmaqla, hər biri 8,33 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.