Naxçıvanda "Şəms 1" GES layihəsinə baxış – Meqalayihə

4 oktyabr 2026, 12:52 (UTC+4)
ÖLKƏ • GÜNƏŞ • YAŞIL ENERJİ ZONASI
EDITOR
image
Foto: "Şəms 1 GES" | President.az

Naxçıvanda həyata keçirilən 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik Stansiyası (GES) layihəsi AzTV-də yayımlanan "Meqalayihə" verilişinin yeni buraxılışında təqdim olunub.

Renewables.az xəbər verir ki, buraxılışda layihənin yerləşdiyi ərazi, texniki xüsusiyyətləri, gücü, günəş enerjisindən elektrik enerjisinin istehsalı prosesi və Naxçıvanın enerji potensialında layihənin rolu barədə məlumat verilib.

Xatırladaq ki, 25 MVt-lıq "Şəms 1" layihəsi müəyyən edilmiş bərpa olunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. 

Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.

"Meqalayihə"nin "Şəms 1" GES-ə həsr olunan buraxılışını təqdim edirik.