Pərviz Şahbazov: 2032-ci ildən "Xəzər-Qara dəniz-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan" yaşıl enerji bağlantılarının istismara verilməsi gözlənilir

7 sentyabr 2026, 13:23 (UTC+4)
ÖLKƏ YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
© Energetika Nazirliyi

2032-ci ildən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir. 

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışında deyib.

Çıxışda yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılması istiqamətində ümumi gücü 3900 MVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının layihənin mümkünlüyünü təsdiqlədiyi bildirilib. Qeyd olunub ki, 2032-ci ildən bu dəhlizin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir. Həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin yaradılması üzrə işlər aparılır.