Prezident: "Cəbrayıl və Zəngilan ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək"

5 oktyabr 2021, 15:45 (UTC+4)
ÖLKƏ GÜNƏŞ YAŞIL ENERJİ ZONASI
EDITOR
image
"Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək". "Berpaolunanenerji.az"ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, rayonda yaşıl enerji zonası olacaq: "Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək. Özü də bp şirkətinin vəsaiti hesabına. Görün, maraq nə qədər böyükdür. Artıq təhlil aparılıb. Cəbrayıl, Zəngilan günəşli günlərin sayına görə ən qabaqdadır".

OXŞAR XƏBƏRLƏR