Qırğızıstanda ilk günəş elektrik stansiyası tikilir

21 iyul 2022, 02:29 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
Qırğızıstanda ilk Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlanılıb.  "Berpaolunanenerji.az" xarici KİV-ə istinadən xəbər verir ki, stansiyanın gücü 300 meqavat olacaq, lakin gələcəkdə 1 qiqavata qədər artırılacaq.  Yeni enerji obyektinin yaradılması Avrasiya İnkişaf Bankının (AİB) və Astana Beynəlxalq Maliyyə Mərkəzinin dəstəyi sayəsində mümkün olub. Elektrik stansiyasının ilk panelləri İssık-Kulun şimal sahilindəki Toru-Ayğır kəndi yaxınlığında quraşdırılıb.  Obyektin tikintisi yerli şirkətə həvalə olunub və dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilir.  Günəş stansiyası ildə 600 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcək.  AİB layihəyə 40 milyon dollar ayırıb.  Beynəlxalq təşkilatların məlumatına görə, Qırğızıstanın ümumi gücü 267 qiqavat olan günəş elektrik stansiyaları quraşdırmaq imkanı var. 

OXŞAR XƏBƏRLƏR