Qırğızıstan ilk 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verib

REGİON
GÜNƏŞ

image

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ölkədə ilk iri miqyaslı günəş elektrik stansiyasının rəsmi açılış mərasimində iştirak edib. Qoyuluş gücü 100 MVt olan stansiya Çuy vilayətinin Kemin rayonunda yerləşir.

Mərasimdə təqdim olunan layihə məlumatlarına əsasən, günəş elektrik stansiyasının illik istehsal gücü təxminən 210 milyon kVts təşkil edəcək və atmosferə atılan karbon qazı emissiyalarını ildə təqribən 120 min ton azaltmağa imkan verəcək.

Son iki il ərzində günəş enerjisi layihələrinin pilot əsasda icra edildiyini bildirən Prezident, Kemin Günəş Elektrik Stansiyasının istifadəyə verilməsinin ölkədə bərpa olunan enerji layihələrinin iri miqyaslı tətbiqinə keçidi simvolizə etdiyini vurğulayıb.

Prezident Sadır Japarov bildirib ki, ümumi gücü 5 GVt-dan artıq olan günəş və külək elektrik stansiyalarının tikintisi üzrə 12 saziş imzalanıb.

Kemin Günəş Elektrik Stansiyasına yatırılan ümumi investisiya həcmi 56 milyon ABŞ dolları təşkil edib. Stansiyanın illik elektrik enerjisi istehsalının əlavə şəbəkə yükü yaratmadan bir rayonun tələbatını tam ödəməsi, eyni zamanda yeni iş yerlərinin açılmasına, vergi daxilolmalarının artmasına və regionun sosial-iqtisadi inkişafına töhfə verməsi gözlənilir.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR