Qırğızıstanın ilk külək stansiyası elektrik enerjisi istehsalına başlayıb

REGİON
KÜLƏK

image

Qırğızıstanın ilk külək elektrik stansiyası elektrik enerjisi istehsal etməyə başlayıb.

Ölkənin "Kabar" milli informasiya agentliyinin xəbərinə görə, bu barədə Yaşıl Stansiyalar Birliyinin rəhbəri Kundus Kurbaşeva sosial mediada bildirib.

Qırğızıstanın ilk külək elektrik stansiyasının İssık-Kul bölgəsinin Balıqçı şəhərində tikintisi fəal şəkildə davam edir. Külək elektrik stansiyası yerli şirkət "Metrum TEK" tərəfindən Balıqçı yaxınlığındakı Karakol Azad İqtisadi Zonasında inşa edilir və layihənin investisiya məbləği 100 milyon dollar təşkil edir.

Külək elektrik stansiyası 100 MVt gücə malik olmaqla iki mərhələdə inşa edilir. Birinci mərhələdə ümumi gücü 50 MVt olan 21 turbin, ikinci mərhələdə isə hər birinin gücü 2,5 MVt olan 20 turbin inşa olunacaq.

Külək elektrik stansiyası İssık-Kul bölgəsini elektrik enerjisi ilə təmin etməklə yanaşı, həm də ixrac ediləcək.



OXŞAR XƏBƏRLƏR