Qara dəniz Sualtı Elektrik Kabeli layihəsinin tədqiqatları iki mərhələdə aparılacaq

REGİON
YAŞIL ENERJİ DƏHLİZİ

image

"Lamnidis Law" beynəlxalq hüquq şirkəti İtaliyanın "CESI SpA" şirkəti ilə əməkdaşlıq çərçivəsində Qara dəniz Sualtı Kabeli (BSSC) Layihəsinin növbəti mərhələsi üzrə yeni üçillik mandat (səlahiyyət) qüvvəyə minib.

"Lamnidis Law" şirkətinin məlumatına görə, bu mərhələ Qara dəniz regionunda sərhədlərarası elektrik interkonneksiyasının inkişafı baxımından mühüm addım olan dəniz dibi tədqiqatlarının Layihələndirilməsi, Satınalınması və Nəzarətini əhatə edir.

Bildirilib ki, dəniz dibi tədqiqatları iki mərhələdə icra olunacaq. Birinci mərhələ Gürcüstan və Rumıniyanın ərazi sularını və xüsusi iqtisadi zonalarını, ikinci mərhələ Bolqarıstan və Türkiyənin xüsusi iqtisadi zonalarını əhatə edir.

Qara dəniz Sualtı Elektrik Kabeli layihəsi Dünya Bankı tərəfindən maliyyələşdirilən "Enerji şəbəkələrinin qarşılıqlı əlaqəsi və bərpa olunan enerjinin inkişafı vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi" proqramının tərkib hissəsidir.



OXŞAR XƏBƏRLƏR