“Qozlukörpü” SES-də ölkədə ilk dəfə müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

image

“Qozlukörpü” Su Elektrik Stansiyasında ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində 14,7 MVt gücündə “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR