Sentyabr ayında 5,5 milyon kilovat-saat günəş enerjisi istehsal olunub
19 oktyabr 2021,
19:29 (UTC+4)
ÖLKƏ
•
GÜNƏŞ
Cari ilin sentyabr ayında ölkədəki günəş elektrik stansiyalarında 5,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
"Berpaolunanenerji.az" bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 42,9 milyon kVt-saat günəş enerjisi istehsal olunub.