SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş panelləri quraşdırır

9 dekabr 2021, 22:39 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) günəş panelləri quraşdırılır. "Berpaolunanenerji.az"ın SOCAR-a istinadən verdiyi məlumata görə, artıq iki YDM-də günəş enerjisindən istifadə üçün 214 panel quraşdırılıb. Günəş panelləri vasitəsilə ildə təxminən 85 000 kVt-saat enerji istehsal olunur. Günəş panellərindən alınan bu enerji ilə yanacaqdoldurma stansiyasının enerji tələbatının bir hissəsini ödəmək mümkündür. SOCAR qonşu ölkə ərazisində fəaliyyət göstərən YDM-lərdə 2022-ci ildə 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır. Qeyd edək ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda belə bir layihəyə start verən ilk şirkətdir.

OXŞAR XƏBƏRLƏR