"SOCAR Türkiyə" dayanıqlılıq strategiyası çərçivəsində yeni əməkdaşlığı həyata keçirib. Şirkət bundan sonra "Four Seasons Hotel İstanbul"un elektrik enerjisi istehlakını beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılmış bərpa olunan enerji ilə qarşılayacaq.
Şirkətin məlumatına görə, SOCAR Türkiyə sərbəst istehlakçı kateqoriyasına daxil olan müştərilərinə elektrik satışı fəaliyyəti çərçivəsində müxtəlif sektorlar üçün etibarlı və rəqabətqabiliyyətli enerji həlləri təqdim etməyə davam edir.
Yeni əməkdaşlıq karbon izinin azaldılması və ətraf mühitə təsirin idarə olunmasının gücləndirilməsi məqsədlərinə töhfə verməklə yanaşı, müştərilər üçün etibarlı və aşağı emissiyalı enerji həllərinin təqdim edilməsi istiqamətində şirkətin yanaşmasını daha da möhkəmləndirir.
