Türkiyədə 49 MVt gücündə geotermal enerji stansiyası inşa ediləcək
28 noyabr 2021,
13:28 (UTC+4)
GEOTERMAL
"Greeneco Enerji" şirkəti Türkiyədə 49 MVt gücündə geotermal enerji stansiyası inşa edəcək.
"Berpaolunanenerji.az" "Enerji Günlüyü"nə istinadən xəbər verir ki, stansiya Dənizli və Aydın bölgələrinin sərhəddində inşa olunacaq.
Geotermal enerji stansiyasına 79 milyon dollara yaxın (978 milyon lirə) sərmayə yatırılacaq.