Ötən gün, 4 yanvar bazar günü Türkiyənin külək elektrik stansiyalarında rekord istehsal qeydə alınıb.
"Anadolu" Agentliyinin xəbərinə görə, ötən gün külək enerjisi istehsalı 253 min 128 meqavat-saat elektrik enerjisi istehsal olunub. Bu, Türkiyə tarixində rekord göstəricidir.
Dünən Türkiyədə külək enerjisinin ümumi elektrik istehsalındakı payı 28,2 faizə çatıb. Ümumilikdə 4 yanvar tarixində ölkə üzrə 899 min 27 meqavat-saat elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, Türkiyədə külək enerjisindən elektrik istehsalında bundan əvvəlki rekord 2024-cü il iyunun 29-da gündəlik 228 min 604 meqavat-saat göstərici ilə qeydə alınmışdı.
TEİAŞ-ın (“Türkiye Elektrik İletim Anonim Şirketi”) məlumatına görə, hazırda Türkiyədə külək enerjisi üzrə qoyuluş gücü 14 546 MVt təşkil edir.
