Türkiyə və Oman arasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkələrdəki paylaşımında qeyd edib.
Türkiyənin Energetika Nazirliyinin rəhbəri Omanın energetika və mineral sərvətlər naziri Salim Nasser əl-Aufi ilə görüş keçirib.
“Türkiyə ilə Oman arasında enerji əməkdaşlığı istiqamətində, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı sahəsində konkret addımlar üçün yol açılıb. Bərpaolunan enerji mənbələrinin potensialının açılması, enerji səmərəliliyinin artırılması və hidrogen enerjisinin inkişafı üzrə də birgə layihələr planlaşdırılır”, - deyə türkiyəli nazir qeyd edib.
A.Bayraktar yeni razılaşmaların hər iki ölkənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Umman'ın başkenti Muskat'a gerçekleştirdiğimiz çalışma ziyareti kapsamında Umman Enerji ve Madenler Bakanı Sn. Salim Nasser Al Aufi ile ülkelerimiz arasındaki enerji potansiyelini güçlendirecek bir görüşme gerçekleştirdik.
— Alparslan Bayraktar (@aBayraktar1) July 14, 2025
Görüşmemizin ardından iki ülke arasındaki somut iş… pic.twitter.com/cJfNPArzDV