"Xudafərin" və "Qız Qalası" SES-lərinin tikintisi yaxın illərdə tamamlanacaq

13 oktyabr 2021, 20:31 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image
İri, sənaye həcmli yüksək hidroenerji potensialına malik "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi yaxın illərdə tamamlanacaq. İlkin plana əsasən, su elektrik stansiyaları 2 il ərzində istismara veriləcək. "Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev ARB 24-ə bildirib. "Bu stansiyaların Azərbaycan tərəfi üçün gücü 140 MVt qiymətləndirilir. Bu da təqribi hesablamalara görə, illik 358 milyon kVt-saat elektrik enerjisinin istehsalı deməkdir. İlkin plana əsasən, 2 il ərzində su elektrik stansiyaların tikintisi nəzərdə tutulur. Bu stansiyaların istehsal etdiyi elektrik enerjisi ərazinin yaşıl enerji ilə təminatına öz töhvəsini verəcək", - deyə Agentliyin direktoru qeyd edib.

OXŞAR XƏBƏRLƏR