"Yaşıl Dəhliz Birliyi" və "Xlinks" arasında Anlaşma Memorandumu imzalanıb

6 oktyabr 2026, 16:39 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Renewables.Az

"Yaşıl Dəhliz Birliyi" MMC və Böyük Britaniyanın "Xlinks" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Renewables.az xəbər verir ki, sənəd Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclası çərçivəsində imzalanıb.

Anlaşma Memorandumunu "Yaşıl Dəhliz Birliyi" MMC-nin direktoru Tural Əliyev və "Xlinks" şirkətinin baş icraçı direktoru Ceyms Hamfri imzalayıb.