Özbəkistan bu il 3,3 giqavatdan çox yeni bərpa olunan enerji gücü istismara verəcək

REGİON

image

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə ölkənin iri enerji layihələrinin icrası, milli enerji sisteminin dayanıqlığının təmin olunması və enerji səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, iclasda bildirilib ki, Özbəkistanın ümumi elektrik enerjisi istehsal gücü 25 800 MVt-a çatıb. Bunun 8 000 MVt-ı və ya 31 faizi günəş, külək və su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan mənbələrin payına düşür. 2026-cı ildə elektrik enerjisi istehsalının 90 milyard kVts təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 40 faiz artım deməkdir.

Bildirilib ki, yanacaq-energetika kompleksinin investisiya portfelinə ümumi dəyəri 51,4 milyard ABŞ dolları olan 133 layihə daxildir. İlin sonunadək 6 770 MVt yeni gücün istismara verilməsi planlaşdırılır ki, bunun 2 800 MVt-ı günəş, 2 500 MVt-ı istilik, 470 MVt-ı külək, 68 MVt-ı su elektrik stansiyalarının, həmçinin 884 MVt-ı enerji saxlama sistemlərinin payına düşəcək.

İclasın yekununda strateji obyektlərin vaxtında istismara verilməsi, magistral və paylayıcı şəbəkələrin inkişafının sürətləndirilməsi və enerji səmərəliliyinin artırılması ilə bağlı əlavə göstərişlər verilib.



OXŞAR XƏBƏRLƏR