Özbəkistan bu il 3,5 GVt bərpa olunan enerji və 1,8 GVt enerji saxlama gücü istismara verəcək

REGİON

image

Son beş ildə Özbəkistanın enerji sektoruna xarici investisiyalar 25 milyard ABŞ dollarını ötüb.

Renewables.az UzDaily nəşrinə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov məlumat verib.

Onun sözlərinə görə, bu müddət ərzində enerji sisteminin quraşdırılmış gücü 50 faiz artaraq 25 giqavata çatıb.

Nazir onu da vurğulayıb ki, 2025-ci ildə ölkədə əlavə olaraq 3,5 giqavat bərpa olunan enerji gücü, o cümlədən 1,8 giqavat gücündə batareya enerji saxlama sistemlərinin (BESS) istismara verilməsi planlaşdırılır.



OXŞAR XƏBƏRLƏR