Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

3 iyun 2021, 18:05 (UTC+4)
ÖLKƏ GÜNƏŞ YAŞIL ENERJİ ZONASI
EDITOR
image

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.

"Berpaolunanenerji.az" xəbər verir ki, müqavilə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlıq məqsədilə imzalanıb.

Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin icrası çərçivəsində imzalanıb.

OXŞAR XƏBƏRLƏR