image
Renewables.az xəbər layihəsi 1 aprel 2021-ci il tarixində fəaliyyətə başlayıb və azərbaycan, ingilis, rus və türk dillərində xəbərlər dərc edir. Saytın yaradılmasında məqsəd yaşıl enerji sektoru üzrə Azərbaycanda və dünyada baş verən ən vacib xəbərləri etibarlı bir mənbədən oxumaq, ölkəmizdə müvafiq sektorun inkişafına töhfə verməkdir. 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, Azərbaycanın yaşıl enerji gündəliyinin beynəlxalq miqyasda təbliği və oxucu auditoriyasını genişləndirmək məqsədilə xəbər saytının ingilis dilli xidməti fəaliyyətə başlayıb. Renewables.az Azərbaycan, Türkiyə, Belçika, Böyük Britaniya, Rumıniya, ABŞ, BƏƏ, İndoneziya, Vyetnam, Portuqaliya, Özbəkistan, Avstraliya, İran, Hindistan, Yunanıstan, Sinqapur, Çin, Qazaxıstan, Polşa, Çili, İtaliya, Çexiya və Tailandda keçirilən 70-dən çox tədbirə media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir. Portal Azərbaycanın 17-ci və 18-ci Milli İnternet Mükafatının (NETTY 2022 və 2023) nominantı seçilib.