Layihə rəhbəri (Texniki müdir)
"Kaspian Teknologi Saplay" MMC • Full time

Description

Texniki şöbənin fəaliyyətinə ümumi rəhbərlik etmək və iş prosesini tənzimləmək; Cavabdeh olduğu 4 HES üzrə istehsalatın təqibini aparmaq, su sərfi-istehsalat (debi-üretim) analizlərini həyata keçirmək; Hidroelektrik stansiyalarındakı su turbinlərinin, generatorların və bütün əlaqədar hidromexaniki/elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli istismarını təmin etmək; Avadanlıqların vaxtlı-vaxtında profilaktik baxışını, diaqnostikasını, dövri texniki xidmətini və illik dayanma (duruş) planlarını hazırlamaq, icrasına nəzarət etmək; Yarana biləcək texniki nasazlıqlara və qəza hallarına operativ şəkildə müdaxilə olunmasına rəhbərlik etmək; Ehtiyat hissələrinin planlaşdırılmasını təşkil etmək, həmçinin operator və teknisyenlərdən ibarət sahə komandasının işini koordine və idarə etmək; Azərbaycandakı enerji şəbəkəsi, müvafiq dövlət/enerji qurumları və yerli icra hakimiyyəti orqanları ilə lazımi işgüzar kommunikasiyanı qurmaq; Texniki təhlükəsizlik, əməyin mühafizəsi (SƏTƏM) və yüksək gərginlikli obyektlərdə təhlükəsiz iş qaydalarına qeyd-şərtsiz əməl olunmasını təmin etmək; Görülmüş işlər, avadanlıqların texniki vəziyyəti və enerji istehsalı göstəriciləri barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək.

Requirements

• Təhsil: Ali mühəndislik təhsili ( Elektrik, Elektrik-Elektronika və ya Mexanika mühəndisliyi üzrə); • İş təcrübəsi: Kiçik HES-lərin, enerji santrallarının istismar-baxım sahəsində və ya yüksək gərginlikli obyektlərdə ən az 5 il, tərcihən 8 ildən yuxarı peşəkar təcrübə (Rəhbər vəzifələrdə azı 3 il təcrübə); • Texniki biliklər: Turbin, generator, qovernor (tənzimləyici), eksitasiya (təsir qıcıqlanma) sistemləri, transformatorlar, OG/YG (orta və yüksək gərginlik) şalt sistemləri, rele mühafizəsi, SCADA, requlyator, cebri boru (təzyiqli su borusu) və köməkçi təsisatlar barədə mükəmməl sahə/praktiki biliklər; • Dil bilikləri: Aidiyyatı yerli qurumlar və komanda ilə rahat ünsiyyət saxlaya biləcək səviyyədə Azərbaycan, Türk və İngilis dillərində kommunikasiya bacarığı; • Şəxsi keyfiyyətlər: Dağlıq sahə və çətin relyef şəraitində işləyə bilən, iş təhlükəsizliyi qaydalarına hakim, praktiki, məsuliyyət ala bilən və liderlik keyfiyyətlərinə sahib profil;
Employment type Full time
Experience 3 years
Salary Razılaşma yolu ilə

Application contact

a.hasanova@caspiantechnology.org