17-ci Bakı Yay Enerji Məktəbi başlayır

image

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, ADA Universiteti Fondu (Azərbaycan), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), BP Azərbaycan, KOLİN Azərbaycan və TotalEnergies şirkətlərinin dəstəyi ilə 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçirilir.

Renewables.az-ın məlumatına görə, layihə iyulun 3-dən 14-dək davam edəcək.

Enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçiləri iki həftəlik, ingilis dilli sertifikat proqramında bir araya gələrək, enerji diplomatiyası, hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, dayanıqlı inkişaf mövzularında milli, regional və qlobal perspektivə dair məsələləri ətraflı şəkildə öyrənmə imkanı əldə edirlər.

Qeyd edək ki, hər il yay məktəbinə təqribən 15 ölkədən müəllim heyəti və 40 iştirakçı cəlb olunur. İlk dəfə olaraq, bu il Bakı Yay Enerji Məktəbinin ikinci hissəsi Aktauda (Qazaxıstan) baş tutacaq. İştirakçılar Bakı limanından Aktauya gəmi-bərəsi ilə səyahət edəcək və enerji məsələləri ilə bağlı Qazaxıstan perspektivi ilə də yaxından tanış olacaqlar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *