“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında yeddinci iclası keçirilib.
Bu barədə "Berpaolunanenerji.az"a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə baş tutmuş iclasda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsasında hazırlanmış “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin “Yaşıl enerji məkanı”na dair hissəsi, o cümlədən alt məqsədlər, fəaliyyət istiqamətləri və hədəflər müzakirə olunub.
Qeyd edək ki, alt İşçi Qrupda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil olunur.
Rəylər (0):