2023-cü ildə BMTYZ 100 min evi elektrik enerjisi ilə təmin edib

image

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 2023-cü ildə 531 min 400 ton tullantı emal edib - bu, müəssisənin fəaliyyət göstərdiyi 11 il ərzində rekord göstəricidir.

Renewables.az bu barədə zavodun məlumatına istinadən xəbər verir.

"Bu tullantıların yandırılması sayəsində 222 min 900 kilovatt-saat elektrik enerjisi hasil edilib", - deyə müəssisədən bildiriblər.

"Müəssisədə tullantıların yandırılması ilə faktiki olaraq elektrik enerjisi hasilatının pik həddi 2023-cü ildə təqribən 60 milyon kubmetr qaza qənaət etməyə imkan verib. Balaxanı qəsəbəsində 100 min ev elektrik enerjisi ilə təmin olunub", - deyə şirkətdən bildiriblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *