2024-cü ildə Laçında 5 SES istismara veriləcək

image

Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan 5 su elektrik stansiyasının tikintisi davam edir.

Renewables.az bu barədə “AzərEnerji”yə istinadən xəbər verir.

Məlumata görə, 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir.

2024-cü il "yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bu 5 su elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *