"ABŞ enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola görə Azərbaycana minnətdardır".
Renewables.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman deyib.
“Xüsusilə də böhran dövründə enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rola görə Azərbaycana minnətdarıq”, - o bildirib.
Ticarət katibinin köməkçisi Azərbaycan və ABŞ arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib: “Təbii qaz hələ də vacib rola malik olsa da, bərpa olunan enerji mənbələrinin inkişafı heç də az əhəmiyyət kəsb etmir”.
Onun sözlərinə görə, ABŞ şirkətləri Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, xüsusilə günəş və külək enerjisi sahəsində layihələrdə iştirak etməkdə maraqlıdır.
Rəylər (0):