ABŞ universitetində Azərbaycanın yaşıl enerji mənbələrinə keçid istiqamətində gördüyü işlərdən danışılıb

image

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ABŞ-nin Texas ştatına səfəri zamanı “Texas A&M” Universitetində “Enerji təchizatı mənbələri və nəqliyyat marşrutları üzrə perspektivli alternativ: Heydər Əliyevin əbədi irsi” adlı tədbir təşkil olunub.

"Renewables.az" bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinə istinadla məlumat verir.

Qeyd olunub ki, tədbir zamanı çıxış edən səfir Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr, Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri və hazırda gündəmdə olan Zəngəzur dəhlizinin açılması ilə nəqliyyat və daşımalar sahəsində ortaya çıxacaq geniş imkanlar və bütün bu nailiyyətlərin məhz Heydər Əliyevin apardığı müdrik və uzaq görən siyasətin nəticəsi olaraq əldə edildiyi barədə iştirakçıları bilgiləndirib, qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *