ADNSU və bp bərpaolunan enerji mənbələri üzrə ali təhsil proqramı haqqında saziş imzalayıb

image

Bakı Enerji Forumu çərçivəsində BP şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında çərçivə sazişi imzalanıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, sənədi BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADNSU-nun rektoru Mustafa Babanlı imzalayıb.

Razılaşmaya əsasən Britaniya universitetlərindən biri ilə ADNSU-nun ikili diplom magistr proqramı olacaq. Saziş çərçivəsində yaxın 3 ildə Azərbaycanda bərpaolunan enerji sahəsində 100-dən çox mütəxəssis hazırlanacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *